21-ci qız olimpiya oyunlarında ABŞ hələ ki, liderdir

img

18-02-2010 [04:05]


Kanadanın Vankuver şəhərində keçirilən 21-ci qış olimpiya oyunlarında həm qızıl medalların, həm də ümumilikdə medal sayına görə ABŞ 5-i qızıl olmaqla 14 medalla siyahıya liderlik edir. İkinci yerdə 3 qızıl medalla Almaniya, üçüncü yerdə Fransa, dördüncü yerdə Kanada, Rusiya bir qızıl, bir gümüş və bir bürünc medalla 11-ci yerdədir. Qış olimpiya oyunlarında 15 idman növü üzrə yarışlar keçirilir. Vankuverdə keçirilən qış Olimpiya oyunlarında Azərbaycan iki idmançıyla təmsil olunur. Onlarından biri İtaliya, digərisə İsveçrə vətəndaşlarıdır. Onların fevralın 21-də yarışlara qoşulacağı gözlənilir. Fevralın 12-də start verilən qış olimpiya oyunları fevralın 28-də başa çatacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA