Nikol Paşinyanın vəsatəti təmin olunmadı
05-04-2021 [14:22]
Ermənistanın İnzibati Məhkəməsi ölkənin baş naziri Nikol Paşinyanın nümayəndəsi Tatevik Saruxanyanın vəsatətini təmin etməyib.
Bu barədə məhkəmənin “Datelex” informasiya saytı bildirib.
Məlumata görə, Onik Qasparyan məhkəmənin yekun qərarınadək Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi vəzifəsində qalacaq.
Qeyd edək ki, martın 18-də vəkil Artur Ovannisyan O.Qasparyanın Baş Qərargah rəisi kimi səlahiyyətlərinin icrasını davam etdirəcəyini bildirmişdi. Vəkil məhkəmənin saytında O.Qasparyanın şikayətinin təmin olunduğu barədə qərar yerləşdirildiyini deyib. A.Ovannisyanın sözlərinə görə, bundan sonra müvəkkilinin Baş Qərargah rəisi vəzifəsini qanuni olaraq icra etməsinə dair heç bir sual qalmayıb.
Martın 18-də Ermənistan Nazirlər Kabineti general-polkovnik Onik Qasparyanın Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsində saxlanılmasına dair məhkəmə qərarına münasibət bildirmişdi. Qeyd olunmuşdu ki, o, Baş Qərargah rəisi vəzifəsindən azad olunub.
Qeyd edək ki, fevralın 24-də Ermənistanın baş naziri Nikol Paşinyanın təqdimatı əsasında ölkə prezidenti Armen Sarkisyan Silahlı Qüvvələrin Baş Qərargah rəisinin birinci müavini, general-leytenant Tiqran Xaçatryanın vəzifəsindən azad olunması haqqında fərman imzalayıb. Buna səbəb onun baş nazir N.Paşinyanın İkinci Qarabağ müharibəsi dövründə ermənilərin Azərbaycan ərazilərinə atdıqları “İsgəndər” raketlərinin yalnız 10 faizinin partlaması ilə bağlı səsləndirdiyi fikirlərə lağ etməsi göstərilir. Belə ki, T.Xaçatryan jurnalistin “İskəndər” raketlərinin 10 faizinin partlaması mümkündürmü?” sualına əvvəlcə xeyli gülüb, sonra isə deyib: “Əlbəttə, mümkün deyil. Necə? "İskəndər"? Bir atəş? ... 10 faiz?... Bağışlayın, amma bu qeyri-ciddidir”.
Müdafiə Nazirliyi bundan bir neçə saat sonra geniş bəyanat yayaraq iddia edib ki, T.Xaçatryanın sözləri “təhrif olunub”.
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik O.Qasparyan müavininin işdən çıxarılmasına etiraz edib. Fevralın 25-də Baş Qərargah baş nazir N.Paşinyanın istefasını tələb edən bəyanat yayıb. Sənədi O.Qasparyan və 40-dan yüksək rütbəli hərbçi imzalayıb. Onlar arasında 19 general və ordu korpuslarının komandanları da olub.
Elə həmin gün N.Paşinyan O.Qasparyanın istefaya göndərilməsi ilə bağlı ölkə prezidenti Armen Sarkisyana təqdimat göndərib. Lakin dövlət başçısı təqdimatı etirazla birlikdə baş nazirə qaytarıb. N.Paşinyan geri çəkilməyib və Baş Qərargah rəisinin vəzifədən azad olunması üçün ikinci dəfə prezidentə təqdimatla müraciət edib. A.Sarkisyan bu dəfə də qərarı imzalamayıb və geri göndərib. Hökumət başçısı O.Qasparyanın işdən çıxarılması üçün üçüncü dəfə dövlət başçısına təqdimat verib. Prezident baş nazirin təqdimatını bu dəfə də imzalamayaraq Konstitusiya Məhkəməsinə müraciət edib.
O.Qasparyan isə baş nazirin təqdimatı ilə bağlı İnzibati Məhkəməyə şikayət etmişdi.
İsrail Livanı yenə vurdu: 20 nəfər həlak olub
Sadettin Saran: "Hər sahədə zirvəyə can atırıq"
Tramp İranla savaşı "soyutmağa" çalışır? - "Orada demək olar ki, hər şeyi məhv etdik"
İran futbol üzrə 2026-cı il dünya çempionatında iştirak etməyəcək
Murat Kılıç: "Türkiyə Kuboku bizim üçün çox vacibdir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
Könül Həmzəyeva tutulub
YENİ KOMİSSİYA YARADILDI - Azər Əliyev sədr, onlar üzvləri seçildi
Bakıda "özbək həkim” saxlanıldı
Türkiyə Quru Qoşunları komandanı Naxçıvana gəlib
Ramazanın 22-ci gününün duası: imsak və iftar vaxtı
Daha bir tiktoker həbs edildi
"İRANA HÜCUM NƏ QƏDƏR LAZIMDIRSA, O QƏDƏR DAVAM EDƏCƏK" - İsrail müdafiə naziri rejimin devrilməsini vacib sayır
“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları “Azercell”in qonağı oldular - FOTOLAR
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Bələdiyyələrlə bağlı daha bir qərar verildi
SEPAH ABŞ bazalarına yeni nəsil 2 tonluq raketlərlə zərbələr endirib
Avropa İttifaqı İranın Naxçıvana hücumunu pisləyib
"AAYDA SƏDRİNİN MÜAVİNLƏRİ VƏZİFƏDƏN ÇIXARILMAYIB" - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
QHT işi: daha bir nəfərə hökm oxunub
Politoloq Azər Qasımlıya ağır cəza verildi
"Birləşmiş Sukanal" MMC ləğv olunub
Prezident İlham Əliyev Fərman imzalayıb
Türkiyə Kuboku: 1/4 final mərhələsinin püşkü atıldı
Rüfət Nasosnunun verilişi bağlandı
İran Bəhreynə yeni zərbələr endirib
Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfərə gəlib
AFFA bir neçə klubu cəzalandırıb
“Qarabağ”ın məşqçiləri cəzalandırıldı
İrandan daha 23 nəfər Azərbaycana təxliyə olunub
İraq İranı hədələdi: "Hücumlara seyrçi qalmayacağıq, əgər...."
PUTİN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Aeroport yolunda maşın iki piyadanı belə vurdu - VİDEO
Hərbçilərin maaşı ilə bağlı qərar verildi - Dəyişiklik
IDEA könüllüləri Zaqatalada kütləvi ağacəkmə aksiyası keçirib
Fransa XİN: "Biz bu müharibədə rol almadıq, iştirak da etməyəcəyik"
Xocavənd şəhərində əmək yarmarkası keçiriləcək
NYT: "İran ABŞ-ın 17 bazasına zərər verib"
Sabahın hava proqnozu açıqlandı
"Şamaxı" əcnəbi futbolçu ilə anlaşıb