ABŞ-da Cənubi Qafqazdakı vəziyyətə dair konfrans keçiriləcək

img

09-02-2010 [04:25]


Fevralın 23-də Vaşinqtonda ?Cənubi Qafqaz parçalanma xəttidir: təhlükəsizlik, energetika və ABŞ-ın mənafeləri? mövzusunda konfrans keçiriləcək. Müstəqil İnformasiya Agentliyi xəbər verir ki, konfransda dondurulmuş münaqişələr, enerji təhlükəsizliyi və regional rəqabət, ABŞ-ın Cənubi Qafqazdakı mənafeləri və digər məsələlər müzakirə ediləcək. Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzindən bildirilib ki, tədbirlərdə Ceymstaun Fondunun böyük əməkdaşı Vladimir Sokor, Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanov, ABŞ dövlət katibinin sabiq müavini Riçard Armitac, ?Heritage? Fondunun aparıcı eksperti Ariel Koen və başqaları iştirak edəcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA