Milli Məclis 2009-cu ilin payız sessiyasının hesabatını verir

img

29-01-2010 [12:48]


Milli Məclisin 2009-cu ilin payız sessiyası dövründəki fəaliyyəti nəticəsində müxtəlif sahələri əhatə edən mühüm əhəmiyyətli qanun və qərarlar qəbul edilib. Milli Məclisin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, 2009-cu ilin payız sessiyası dövründə, ümumilikdə, Milli Məclisin 13 iclası keçirilib, 80 qanun və qərar qəbul olunub. Bu sənədlərdən 1-i Konstitusiya qanununa dəyişikliklər və əlavələr, 16-sı qanun, 7-si qərar, 32-si vaxtilə qəbul olunmuş qanunlara dəyişikliklər və əlavələr, 24-ü isə qanunla təsdiq edilmiş beynəlxalq müqavilələr və konvensiyalardır. 2009-cu ilin payız sessiyası dövründə Milli Məclisin komitələrinin 62 iclasında 167 məsələyə baxılıb, 146 sənəd müzakirə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA