Mübariz Əhmədoğlu: ?Ermənistan münaqizənin həllini uzatmağa çalızır?

img

04-02-2010 [02:57]


Bu gün Siyasi İnnovasiya və Texnologiya Mərkəzi (SİTM) yanvar ayında beynəlxalq və regional aləmdə baş verən ictimai-siyasi proseslərin ümumi yekunlarına dair hesabatını açıqlayıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, hesabatı təqdim edən SİTM sədri Mübariz Əhmədoğlu əvvəlcə İran ətrafında cərəyan edən hadisələrdən danışıb. M.Əhmədoğlunun fikrincə, İranın "Altılıq"ın nüvə müəssisələri üçün lazım olan uranın bu ölkənin hüdudlarından kənarda zənginləşdirilməsilə bağlı təklifinə münasibəti "siçan-pişik" oyununa bənzəyir: "İranın davranışları ən çox Rusiyanı narahat edir. Rusiya İranın "Altılığ"ın və MAQATE-nin təkliflərinə bu cür reaksiya verməsindən təəssüfləndiyini bildirdi. İranın bu mövqeyi ABŞ-ın da diqqətindən yayınmadı. ABŞ Konqresi İranla bağlı sanksiyaları daha da sərtləşdirdi". SİTM sədri mətbuat konfransında yanvar ayında Türkiyədə baş verən hadisələrdən də danışıb. Onun sözlərinə görə, Türkiyənin Rusiya və İsraillə münasibətləri bu ölkəni beynəlxalq ictimaiyyətin diqqət mərkəzində saxlayıb: "AKP hakimiyyətinin başladığı islahatların neqativ təsirinin üzə çıxması, "Ergenekon" əməliyyatı, Türkiyə ordusunun hərbi çevriliş planlarının olması ilə bağlı yazılanlar dünyanın diqqətini Türkiyəyə yönəltdi". Politoloq ötən ay Ermənistan ətrafında cərəyan edən hadisələrin təhlilinə daha geniş yer ayırıb. M.Əhmədoğlu bildirib ki, Türkiyə ilə münasibətlərin normallaşdırılması və sərhədlərin açılması ilə bağlı Sürix protokollarının Ermənistan Konstitusiya Məhkəməsində müzakirəsi və qəbul olunan qərar yeni situasiya yaradıb: "Əslində, Ermənistan rəsmiləri hadisələrin bu cür inkişaf edəcəyini bilirdilər. Ermənistanın xarici işlər naziri E.Nalbandyan yanvarın 12-də Yerevanda Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərarı hələ oktyabrın 10-da Sürixdə protokola yazmaq istəyirdi. Hətta o, imzalanma mərasimindəki bəyanatında bu fikirləri səsləndirməliydi. Amma Rusiya və ABŞ-ın E.Nalbandyana "imzala, çıx get" mesajından sonra Ermənistanın rəsmi mövqeyinin açıqlanması yanvarın 12-nə qaldı". SİTM sədrinin sözlərinə görə, Ermənistan protokolların imzalandığı ərəfədə və imzalanma mərasimindən sonra xeyli qazanc əldə edib: "Dünya maliyyə böhranı dövründə Ermənistan külli miqdarda kredit cəlb edə bildi. Müstəqil olduğu 17 il ərzində cəmi 1.7 milyard dollar kredit cəlb edə bilmiş Ermənistan 2-3 ay ərzində Beynəlxalq Valyuta Fondundan 823 milyon, Dünya Bankından 545 milyon, Rusiyadan 500 milyon dollar kredit aldı. Asiya İnkişaf Bankından 500 milyon dollarlıq kreditin alınması ilə bağlı razılıq əldə olunmuşdur. Ötən müddət ərzində Ermənistan Avrasiya İnkişaf Bankına 500 milyon dollarlıq həcmində 8 biznes-layihə təqdim edib". M.Əhmədoğlu vurbulayıb ki, Ermənistan həmçinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsilə bağlı diplomatik səylərin artmasına məhəl qoymayaraq, tərəflər arasında hər hansı sənədin imzalanmasına imkan verməyib: "Ermənistan tarixən müxtəlif dövlətlər arasındakı ədavətdən faydalanmağa çalışıb. Ermənistan rəsmiləri Türkiyə ilə münasibətlərin yumşalmasından dəm vursalar da, bu dövr ərzində Türkiyə rəsmləri ilə təmasdan yayınıblar. Rəsmi Yerevan Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində iştirakına imkan vermədi. Təsəvvür edin ki, belə həssas məqamda Ermənistanda rus-türk müharibələrində həlak olmuş 156 zabitin xatirəsinə abidə ucaltmaqla bağlı qərar qəbul olunub. Vəziyyət o həddə çatıb ki, Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğan danışıqların əvvəldən başqa istiqamətdə getdiyini etiraf etmək məcburiyyətində qalıb. Amma Ərdoğan bir neçə ay əvvəl Türkiyənin rəsmi mövqeyi ilə razılaşmayan adamları, xüsusilə də Azərbaycandan olan bəzi qüvvələri fitnəkarlıqda suçlayırdı. Halbuki rəsmi Bakı əvvəldən bəyan etmişdi ki, Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq niyyətində deyil. Ermənistanın məqsədi nəyin bahasına olursa-olsun, Dağlıq Qarabağ münaqişəsinin həllini uzatmaqdır". SİTM sədri ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri M.Bradtkenin Dağlıq Qarabağa səfərinə də toxunub. Qeyd edib ki, ABŞ-dan olan həmsədrin Dablıq Qarabağ ictimaiyyətinin nümayəndələri ilə görüşəcəyi barədə anons veri lsə də, onun yalnız B.Saakyanla görüşdüyü barədə məlumatlar yayıldı: ?Görüşün daha çox ermənilər üçün təsəlli xarakteri daşıdığını söyləmək olar. Ğ.Bradtekin Dağlıq Qarabağda dörd gün olsa da, onun yalnız iki günlük fəaliyyəti barədə məlumatlar var. Amerikalı həmsədrin digər iki gündə tut arığı ilə ?görüşlər? keçirdiyini ehtimal etmək olar?. Azərbaycana gəlincə, politoloq ötən ay Rusiya ilə münasibətlərdə aktivliyin özünün pik nöqtəsinə çatdığını bildirib: ?Rusiyanın tanınmış dövlət, ictimai-siyasi xadimlərinin iştirakı ilə Bakıda Humanitar Əməkdaşlıq üzrə 1-ci Azərbaycan-Rusiya birgə forumunun keçirilməsi çox mühüm hadisə kimi qiymətləndirilə bilər. Bu forum daha çox Azərbaycanın Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin və Rusiyanın tanınmış dövlət və hökumət adamlarının verdiyi önəmli mesajlarla yadda qaldı?. Sonda M.Əhmədoğlu Gürcüstan haqda da danışıb. SİTM sədri deyib Ki, son vaxtlar Gürcüstan daha çox özünün antitürkiyə mövqeyi ilə diqqəti çəkir: ?İran regionda antitürkiyə meyllərinin güclənməsinə çalışır. Görünür, Gürcüstan İrandan pul qoparmaq üçün Türkiyə əleyhinə fəaliyyətə başlayır. Gürcüstanın İranın əlində Alət olması bu ölkə üçün ciddi təhlükə vəd edir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA