Avropa Şurasında Səməd Seyidovun "dublyonka"sını oğurlayıblar

img

29-01-2010 [12:42]


Yanvarın 28-də Avropa Şurasının Fransanın Strasburq şəhərindəki binasında hamını təəccübləndirən bir hadisə baş verib. Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun "dublyonka"sı oğurlanıb. (?Azadlıq? radiosu) Hadisə sözügedən mötəbər təşkilatda şok effekti doğurub. Dublyonkanın dəyərinin 3 min ABŞ dolları olduğu deyilirdi. S.Seyidovun özü məlumatı təsdiqləyib və deyib ki, Avropanın mərkəzində, özü də belə nüfuzlu təşkilatda başına belə bir iş gələcəyini ağlına da gətirməzmiş. Onun dediyinə görə, hadisə binanın zallarının birindəki toplantı zamanı baş verib, onun "dublyonka"sı zaldan "yoxa çıxıb". Səməd müəllimin söylədiyinə görə, toplantıda AŞPA əməkdaşları və deputatlarından başqa heç kim yox imiş. Binanın daxilində təhlükəsizlik kameraları olmadığı üçün "dublyonka"nın axtarışı çətinləşib. S.Seyidov gödəkçənin dəyərinin 3 min dollar yox, 500-600 manat olduğunu deyib və əlavə edib ki, sessiyanı oğlunun qara gödəkçəsi ilə yola verməyə məcburdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA