MMP sədri Hafiz Hacıyevin həyatına qəsd cəhdi

img

04-02-2010 [01:24]


"Binəqədi rayon Polis idarəsinin 4-cü Polis Bölməsinin əməkdaşı Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyevin həyatına qəsd etməyə cəhd edib". MMP-nin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, hadisə bu gün saat 10.30-da baş verib. Məlumata görə, polis mayoru Firdovsi Quliyev 10-BU-050 dövlət nömrə nişanlı ?Cip?lə Azadlıq prospekti 189 ünvanında yerləşən partiya qərargahına gedən Hafiz Hacıyevin avtomobilinin qarşısını kəsib. Bu, qərargahın 50 metrliyində baş verib. Onların arasında mübahisə yaranıb. Partiyadan bildirilib ki, ?Cip?dən düşərək H.Hacıyevin üzərinə hücum edən şəxs mülki paltarda olub. Lakin sonradan məlum olub ki, bu şəxs polis mayoru Firdovsi Quliyevdir. İşə qarışan 4-cü polis bölməsinin rəhbərliyi məsələnin xətasız ötüşməsinə nail olub. Hadisə ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevə və daxili işlər naziri Ramil Usubova məlumat verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA