isa Qəmbər ABŞ-ın Milli Demokratiya institutunun Azərbaycan üzrə direktoru ilə görüzüb

img

03-02-2010 [05:51]


Bu gün Müsavat Partiyasının qərargahında partiyanın Başqanı İsa Qəmbər ABŞ-ın Milli Demokratiya İnstitutunun Azərbaycan üzrə direktoru Aleks Qriqoryevslə görüşüb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, görüşün əvvəlində bu vəzifəyə yeni təyin olunmuş Aleks Qriqoryevs özü haqda məlumat verib. Sonra ölkəmizdə insan haqlarının və demokratiyanın durumu ilə bağlı müzakirə aparılıb. Görüşdə daha çox bu ilin noyabrında keçiriləcək parlament seçkiləri diqqət mərkəzində olub. Seçkilərin azad və ədalətli keçirilməsi üçün görülməli işlər haqqında fikir mübadiləsi aparılıb. Eyni zamanda regionda və dünyada gedən proseslər dəyərləndirilib. Sonda tərəflər qarşılıqlı əməkdaşlığın davam etdirilməsi istiqamətləri haqqında razılığa gəliblər. Görüşdə Müsavat Partiyası Başqanının müavini Tofiq Yaqublu iştirak edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA