Bülənt Korkmaz: ?Yeni transferlər oyun üslubumuza uyğundurlar?

img

02-02-2010 [12:41]


İkiqat Azərbaycan çempionu "Bakı" klubu bu gün Unibank Premyer Liqasının XVIII turu çərçivəsində ?Turan?ı qəbul edəcək. Lent.az-ın məlumatına görə, paytaxt komandasının baş məşqçisi Bülənt Korkmaz klubun rəsmi saytına açıqlamasında qarşıdakı oyun haqda fikirlərini açıqlayıb. Onun sözlərinə görə, ?Turan? ciddi rəqibdir, gənc və sürətli futbolçulardan təşkil olunub: ?İlk dövrə oyunumuzda bizə çətin anlar yaşatdılar. Rəqibə hörmətlə yanaşırıq, bununla belə məqsədimiz ancaq 3 xaldır. Fasilədən sonra ilk qələbəmizi qazanıb, həm turnir cədvəlindəki vəziyyətimizi düzəltmək, həm də ?altılığ?a bir addım yaxınlaşmaq istəyirik. Azarkeşləri komandamıza dəstək olmağa çağırıram?. ?Bakı?nı 40 gün fasilədən sonra 2010-cu ildə ilk rəsmi oyununa çıxaracağını deyən türkiyəli mütəxəssis yeni transferlər haqda razılıqla danışıb: ?Bakı? Moskvada ?Birlik Kuboku?nda iştirakı ilə əlaqədar hazırlıqlara digər komandalardan tez başlayıb. Biz 3 yanvar tarixindən etibarən bir yerdəyik. Antalyada 10 günlük təlim-məşq toplantısı keçmişik. Heyət yeni futbolçularla gücləndirilib. Bunlar müdafiəçi Gürşat Durmuş, yarımmüdafiəçilər Venio, Adnan Bərəkət, Əziz Quliyev, hücumçular Adriano və Svyatoslav Sofronidir . Bu oyunçular kifayət qədər təcrübəlidirlər, onlar bizim oyun üslubumuza uyğun gəlirlər. Əminəm ki, yeni futbolçularımızın köməyi ilə qarşıda duran vəzifələrin öhdəsindən gələcəyik?. Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək ?Bakı? ? ?Turan? matçı saat 14:00-da başlanacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA