Azərbaycanın qılıncoynatma üzrə yığması Fransaya getdi

img

11-02-2010 [03:09]


Fevralın 13-də Fransanın Durdan şəhərində start götürəcək qılıncoynatma üzrə gənclər arasında Dünya Kubokunda Azərbaycan yığması da mübarizə aparacaq. Bu haqda Lent.az-a Azərbaycan Qılıncoynatma Federasiyasının baş katibi Ramin Məmmədov məlumat verib. Onun sözlərinə görə, iki gün davam edəcək yarışa 30-dək ölkə qatılacaq. Yığmamızın heyətində 5 idmançı - Vüqar Ağakişiyev, Azər Tağıyev, Aysel Mirzəyeva, Yusif Budaqov və Murad Əliyev yer alacaq. Komandamız yarışa bu gün yollanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA