?AXC hakimiyyətinin əksəriyyəti nəinki dövləti, heç özünü idarə edə bilmirdi?

img

01-02-2010 [06:04]


[b]Əvəz Temirxan: "İqtidar tərəfdarlarından biri mətbuatda İsa Qəmbərin agentura işinin nömrəsini və kliçkasını açıqlamışdı. Nədən İsa Qəmbər o adamı məhkəməyə vermədi və susdu, o hansı faktın açılacağından qorxdu"[/b] Müsavat Partiyasının başqanı İsa Qəmbərin müxalifətə yönəlik ittihamlarının yaratdığı ajiotaj hələ də davam edir. Belə ki, Azərbaycan Liberal Partiyanın sədr əvəzi Əvəz Temirxan Müstəqil İnformasiya Agentliyinə açıqlamasında İsa Qəmbərin bu günə kimi fəaliyyəti dövründəki müxalifətin maraqlarına zidd addımlarının xronoloji ardıcıllığını göstərib. Ə.Temirxan öncə Müsavat başqanının son günlər daha çox səsləndirdiyi Elçibəy-Rəsulzadə yolu ilə bağlı fikirlərinə münasibət bildirib: ?İsa Qəmbər deyir ki, müxalifət cəbhəsində yalnız Elçibəy-Rəsulzadə yolunda olanlar birləşməlidirlər. Gəlin, İsa Qəmbərin ?elçibəyçi?liyinə nəzər salaq. 1992-ci ildə bir ay prezident vəzifəsini icra edəndə Elçibəy hakimiyyətinin məmurlarının 80 faizini İsa Qəmbər təyin etmişdi. Onların da əksəriyyəti nəinki dövləti, heç özünü idarə edə bilmir və Elçibəy hakimiyyətinin yıxılması üçün zəmin yaratdılar. Elçi bəy hakimiyyəti möhkəmlənməmiş AXC tərkibində Müsavat Partiyasını yaradıb hakim komandanın parçalanmasına yol açan İsa Qəmbər deyildimi? Elçibəyin hakimiyyətdən getməsində İsa Qəmbər-Elçibəy nifaqı əsas rol oynamadımı? 1998-ci ildə ?beşlər? çərçivəsində Elçibəyin prezidentliyinə vahid namizədliyinə imkan verməyən İsa Qəmbər deyildimi? AXCP-nin parçalanmasında əlindən gələni edən İsa Qəmbər deildimi? Keçmiş Müsavatçılardan bəziləri AXCP-nin parçalanmasında İsa Qəmbərin şöəxsən göstəriş verdiyini mənə deyiblər. Elçibəy haqqında təhqiramiz yazılar yazdığına görə embarqo qoyduğu ?Yeni Müsavat? qəzeti İsa Qəmbərin deyildimi? 2000-ci il avqustun 24-də Elçibəyin üçü günü rəy sorğusunda guya İsa Qəmbərdən sonra onu üçüncü göstərən qəzet İsa Qəmbərin deyildimi? Demkoqresi parçalayan İsa Qəmbər deyildimi??. Bundan əlavə, ALP sədr əvəzi İsa Qəmbərin adının dəfələrlə hansısa xüsusi xidmət orqanlarına işləməsi ilə bağlı mətbuatda gedən yazıları da nəzərə çatdırıb: ?20 yanvar hadisələrindən sonra Azərbaycan KQB-nin sədri Vaqif Hüseyova Primakov İsa Qəmbərə toxunmayın göstərişini verməmişdimi? Yeri gəlmişkən bu, İsa Qəmbərin Rusiyaya bağlı olduğuna dəlalət edən yeganə fakt deyil. İqtidar tərəfdarlarından biri mətbuatda İsa Qəmbərin agentura işinin nömrəsini və kliçkasını açıqlamışdı. Nədən İsa Qəmbər o Adamı məhkəməyə vermədi və susdu, o hansı faktın açılacağından qorxdu. Qədim Roma hüququnda Susmaq razılıq əlamətidir. Kiminsə İrana işləməyəinə gəldikdə isə Azərbaycanda yalnız bir siyasətçi Bakı-Ceyhan neft kəmərinin İrandan keçməsini təklif edib- İsa Qəmbər. Hakimiyyətə işləməyə gəldikdə isə bunun Ən bariz nümaynəsi müxalifəti parçalamaqdıq. İsa Qəmbər həmişə Azərbaycan müxalifətinin parçalanmasında birinci skripka olub. 2005-ci ildə parlament seçkilərində verdiyi bəyanata zidd olaraq, Müsavat deputatlarını parlamentə göndərərək saxta seçkiləri legitimləşdirən İsa Qəmbər hakimiyyətə işləyir, yoxsa başqaları? Avropa Şurasının bəzi nümayəndələri bizimlə söhbətində Azərbaycan hakimiyyətin saxta parlamentin legitimləşdirilməsində İsa Qəmbərə minnətdar olqduqlarını vurğulayıblar. Bütün bunlardan sonra İsa Qəmbər nə üzlə, hansı mənəvi haqla Elçibəy yolundan danışır və kimisə Rusiyaya, İrana, hakimiyyətə işləməsindən danışır. Qoy, oxucu özü nəticə çıxarsın ki, Rusiyaya, İrana, hakimiyyətə işləyən kimdir?? Sonda Əvəz bəy təmsil olunduğu partiyanın ünvanına əsassız ittihamlar səsləndirən ?Yeni Müsavat? qəzeti ilə məhkəmədə görüşəcəyini birlidir: ?Keçən il də ?Yeni Müsavat? qəzeti bizə qarşı belə ittihamlar səsləndirmişdi. O zaman Lalə Şövkət məsləhət gördü ki, bələdiyyə seçkiləri öncəsi müxalifətin birliyini pozmamaq üçün bu addımı atmağa ehtiyac yoxdur. İndi isə bizim opponentlər bütün etik hədləri aşdığına görə, bu böhtanlar daha şiddətli, həyasız xarakter aldığına görə məhkəməyə müraciət etmək məcburiyyətindəyəm?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA