BAXCP idarə Heyəti parlament seçkilərinə hazırlıq məsələlərini müzakirə edib

img

01-02-2010 [02:07]


Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub. Partiyanın mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, Azərbaycan-İtaliya parlamentlərarası dostluq qrupunun tərkibində Romada səfərdə olan BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev İtaliya Senatında və Nümayəndələr Palatasında keçirilən görüşlərlə bağlı İdarə Heyəti üzvlərinə məlumat verib. Daha sonra parlament seçkilərinə hazırlıq və ictimai-siyasi vəziyyət bağlı məsələlər ətrafında müzakirələr aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA