israilin xarici izlər naziri Aviqdor Liberman Bakıdadır

img

09-02-2010 [01:49]


İsrailin xarici işlər naziri Aviqdor Liberman Bakıda səfərdədir. İsral rəsmisi bu gün Fəxri Xiyabanda mərhum prezidenti Heydər Əliyevin məzarını, daha sonra Şəhidlər Xiyabanını ziyarət edib. Qeyd edək ki, İsrail rəsmisinin səfərdə əsas məqsədi iqtisadi və siyasi əlaqələri daha da inkişaf etdirməkdir. Danışıqlarda hökumətlərarası iqtisadi komissiyanın yaradılmasına dair müzakirələr də aparılacaq. Rəsmi Təl-Əviv enerji sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə gəlincə, İsrail hökuməti problemin beynəlxalq hüquq normaları çərçivəsində həllini istəyir. İsrailli nazir səfər çərçivəsində Milli Məclisdə, Azərbaycanın xarici işlər və fövqəladə hallar nazirliklərində olacaq, ölkəmizdəki yəhudi icmasının üzvləri ilə görüşəcək. Müzakirələrdə Azərbaycan-İsrail əlaqələri, beynəlxalq siyasət, təhlükəsizlik və maraq doğuran digər məsələlərə toxunulacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA