Siyavuz Novruzov 2009-cu ili YAP üçün uğurlu olduğunu deyib

img

30-01-2010 [05:35]


?2009-cu il Yeni Azərbaycan Partiyasının həyatında uğurlu il kimi yadda qaldı. Bu il ərzində Yeni Azərbaycan Partiyasının sıraları xeyli genişlənib. 2009-cu il ərzində Yeni Azərbaycan Partiyasının sıralarına 29 mindən artıq üzv qəbul olunub. Hesab edirəm ki, bu Yeni Azərbaycan Partiyası üçün çox ciddi bir göstəricidir?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu sözləri Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib. YAP-çı deputat qeyd edib ki, 2009-cu ildə Yeni Azərbaycan Partiyası iki seçkidə - Ümumxalq səsverməsi (referendum) və bələdiyyə seçkilərində fəal iştirak edib. Eyni zamanda sevindirici haldır ki, Yeni Azərbaycan Partiyasının ilk təşkilatlarının sayı xeyli artıb. Belə ki, ötən il 100-dən artıq yeni ilk təşkilat yaranıb ki, bununla da ilk təşkilatlarımızın ümumi sayı 7612-yə çatıb. Hesab edirəm ki, bu istiqamətdə uğurlar daha da artacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA