Müxalifət icazəsiz kütləvi etiraz aksiyalarına bazlayacaq

img

06-02-2010 [03:31]


Qarşıdan gələn parlament seçkilərinə hazırlaşan müxalifət kütləvi etiraz aksiyaları keçirmək niyyətindədir. Bu barədə Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ali Məclisin sədri Həsən Kərimovun sözlərinə görə, müxalifət seçkiöncəsi cəmiyyəti aktivləşdirmək niyyətindədir. Onun sözlərinə görə, cəmiyyətdə olan narazılıq bu aktivliyin yaranmasında əsas faktor rolunu oynayacaq. AXCP yetkilisi onu da bildirib ki, yaxın müddət ərzində müxalifət kütləvi etiraz aksiyalarına başlayacaq: ?Məlumdur ki, 2005-ci il parlament seçkiləri ərəfəsində də hakimiyyət aksiyalara icazə vermirdi. Amma biz icazəsiz aksiyalar keçirərək hakimiyyəti buna məcbur etdik. Yəqin ki, yaxın müddət ərzində icazəsiz aksiyalara start verəcəyik və hakimiyyət də bizə meydan verməli olacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA