Ombudsman Aparatı Müsavat Gənclər Təzkilatının məhkəmə iddiasına etiraz edib

img

28-01-2010 [03:12]


Müsavat Gənclər Təşkilatının Ombudsman Aparatına qarşı qaldırdığı iddia üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Müsavat Partiyasının mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, Səbail rayon Məhkəməsində keçirilən prosesdə hakim Elnur Həsənov bildirib ki, Ombudsman Aparatından məhkəməyə etiraz məktubu daxil olub. Məktubda Aparat rəhbərliyi onlarda gənclərin döyülməsi ilə bağlı hər hansı faktın olmadığını, həmin gənclərin polisə qarşı xuliqanlıq etdiklərini və Ombudsmanın hakim və polislərlə danışıqlarından sonra gənclərin həbsdən azad edildiyini bildirib. Həmçinin Ombudsman Aparatı iddianın icraatına xitam verilməsini xahiş edib. Buna baxmayaraq, icraata xitam verilməyib və məhkəmə baxışı fevralın 8-nə təyin edilib. Qeyd edək ki, Müsavat Gənclər Təşkilatı ötən il oktyabrın 13-də Elmlər Akademiyası Metro Stansiyasının yaxınlığında aksiya keçirərkən polislər tərəfindən fiziki təzyiqlərə məruz qaldıqlarını və bunun Ombudsman Aparatının əməkdaşları tərəfindən fotolentə alındığını bildiriblər. Onlar həmin fotoların Yasamal rayon Prokurorluğuna təqdim edilməsini xahiş etsə də, Ombudsman Aparatının əməkdaşları onlarda belə faktların olmadığını bildiriblər. Məhkəməyə müraciət edən Gənclər Təşkilatı həmin fotoların gənclərə təqdim olunmasını istəyiblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA