ABŞ-ın Milli Demokratiya institunun əməkdazları Vətəndaz Cəmiyyətinə Dəstək Koalisiyasının nümayəndələri ilə görüzüblər

img

09-02-2010 [06:42]


Son zamanlar vətəndaş cəmiyyəti institutları ilə bağlı yaranan problemlər, onların fəaliyyətinə inzibati nəzarətin gücləndirilməsi yönümündə atılan addımlar, Qeyri- Hökümət Təşkilatlarının qeydiyyatından imtina olunması hallarının artması beynəlxalq qurumlar tərəfindən də diqqətlə izlənilir. Dünən ABŞ-ın Milli Demokratiya Institunun nümayəndələri, qurumun ölkə üzrə direktoru Alex Grigorievs, Proqram rəhbəri Minayə Səfərova, Proqram üzrə köməkçi Maral Qurbanzadə Vətəndaş Cəmiyyətinə Dəstək Koalisiyasının (VCDK) təmsilçiləri Razi Nurullayev, Oqtay Gülalıyev, eləcə də Qeydiyyatından İmtina Olunan QHT-lərin Əlaqələndirmə Şəbəkəsinin üzvü, ?Alyans? Canlı Aləm və Etika İB- nin sədri Mənsurə Rəsulzadə ilə görüşüblər. Görüşdə vətəndaş cəmiyyətinin nümayəndələri ölkədə 3- cü sektorun mövcud problemləri, qanunvericilikdəki boşluqlar, QHT-lərin fəaliyyəti üzərində inzibatı nəzarətin gücləndirilməsi və məhdudiyyətin artırılmasına xidmət edən son addımlar, Ədliyə nazirliyinin QHT-lərin qeydiyyatından imtina etməsi hallarının çoxalması barədə Milli Demokratiya İnstitunun nümayəndələrini məlumatlandırıblar. Görüşdə iştirak edən QHT nümayəndələri VCDK-nın təşəbbüsü ilə vətəndaş cəmiyyətinin problemləri ilə bağlı keçirilən toplantılar, təşkil olunan görüşlər, QHT- lər adından prezidentə ünvanlanan müraciət, Qeydiyyatından İmtina olunan QHT-lərin Əlaqələndirmə Şəbəkəsinin yaradılması və qeydiyyatsız QHT-lərlə bağlı məlumatların toplanması, vətəndaş cəmiyyətinin problemlərinin araşdırılması ilə bağlı Tədqiqat Qrupunun fəaliyyətə başlaması və s. barədə ABŞ- ın Milli Demokratiya İnstitunun nümayəndələrinə məlumat veriblər. VCDK nümayəndələri həmçinin bildiriblər ki, vətəndaş cəmiyyətinin problemləri ilə bağlı onlar QHT Dövlət Dəstək Şurası ilə də əməkdaşlıq edirlər və qurum bu problemlərə diqqətlə yanaşır. Görüşdə Azərbaycanda vətəndaş cəmiyyətinin real durumu, mövcud problemləri, fəaliyyətin məhdudlaşdırılmasına yönəlik hərəkətlər, QHT- lərin qeydiyyatından imtina halları və s. bağlı məlumatların beynəlxalq təşkilatların, o cümlədən ABŞ Dövlət Departamentinin hesabatlarına daxil edilməsi yönümündə müzakirələr aparılmışdır. Eyni zamanda MDİ- nin nümayəndələri vətəndaş cəmiyyəti təmsiçilərinin bilik və bacarıqlarının artırılması üçün müxtəlif treyninqlərin keçirilməsi yönümündə VCDK ilə əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA