Parlamentin yaz sessiyasında bələdiyyələrlə bağlı hesabat dinləniləcək

img

27-01-2010 [02:42]


Parlamentin yaz sessiyasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinləniləcək. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu barədə Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə məlumat verib. Onun sözlərinə görə, ötən illər bəzi yerli özünüidarəetmə orqanında bələdiyyələrin vəzifəli şəxsləri, məsul işçiləri tərəfindən hüquq pozuntularına, qanunsuzluqlara yol verildiyi də aşkarlanıb. Təxminən 20-dən çox bələdiyyənin fəaliyyətində ciddi qanun pozuntuları aşkar olunub və onlar prokurorluq orqanlarına göndərilib. Qanun pozuntuları ilə əlaqədar cinayət işləri açılıb. Məhkəmə hökmü ilə müvafiq qaydada məsuliyyətə cəlb olunanlar da var. M. Səlimzadənin sözlərinə görə, bu və digər faktlar hesabatda əksini tapıb. Hesabat yaxın günlərdə Milli Məclisə təqdim olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA