Deputatlarımız Dağlıq Qarabağ münaqizəsini italiya parlamentində müzakirə edəcəklər

img

26-01-2010 [02:51]


Milli Məclisin deputatları Azər Kərimli, Rövşən Rzayev, Çingiz Əsədullayev, Fuad Muradov və Qüdrət Həsənquliyev yanvarın 26-da Romaya səfər ediblər. Milli Məclisin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, deputatlarımız İtaliya parlamentində olacaq, Xarici İşlər Komitəsinin, İtaliya ? Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşəcəklər. Görüşlərdə parlamentlərarası əməkdaşlığın perspektivləri, təcrübə mübadiləsi imkanları və digər məsələlər müzakirə olunacaq. Millət vəkilləri italiyalı həmkarlarına regiondakı ictimai-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı durumu barədə məlumat verəcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA