Azərbaycanla Ermənistan iki həftə ərzində Qarabağla bağlı təkliflərini verəcəklər

img

26-01-2010 [11:18]


Azərbaycan və Ermənistan iki həftə ərzində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Madrid prinsiplərində tərəflərdə fikir ayrılıqları yaradan bəndlərə öz təkliflərini təqdim edəcək. Bunu jurnalistlərə açıqlamasında ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlaykov Azərbaycan və Ermənistan prezidentlərinin Soçi görüşündən sonra deyib. O bildirib ki, təkliflərin yaxın iki həftə ərzində təqdim ediləcəyinə ümid edir və bundan sonra həmsədrlər yenidən regiona səfər edəcəklər. Danşıqların nəticəsi ilə bağlı Y.Merzlaykov deyib ki, bu, açıq və konstruktiv dialoq olub. Bununla yanaşı, Merzlaykov Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçrətərfli görüşünün vacib olduğunu qeyd edib. ?Tərəflər böyük hörmətlə Rusiya prezidentinin təşəbbüsünü qəbul edirlər?, deyə rusiyalı həmsədr bildirib. Bununla yanaşı, həmsədr bu ilin sonuna qədər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sənədin imzalanması ilə bağlı proqnoz verməkdən çəkinib. Xatırladaq ki, dünən Rusiyanın Soçi şəhərində Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli görüşü keçirilib. Görüşdən sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyanatla çıxış edərək deyib ki, görüşdə nailiyyət əldə olunub. Belə ki, tərəflər Madrid prinsiplərində narazı olduqları bəndlərlə bağlı yenidən baxmağa və bəndləri redaktə etməyə razılıq veriblər. Daha sonra isə Azərbaycan və Ermənistan prezidentlərinin həmsədrlərin iştirakı ilə görüşü keçirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA