Müsavat Divanında müxalifətdaxili əməkdazlıq məsələləri müzakirə olunub

img

25-01-2010 [05:23]


Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, qərarların icra vəziyyəti və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər müzakirə olunub. M.Ə.Rəsulzadənin anadan olmasının 126-cı ildönümü münasibəti ilə yanvarın 31-də, saat 12:00-da onun Novxanı qəsəbəsindəki abidəsi önündə keçiriləcək tədbir haqqında müzakirə aparılıb və konkret tapşırıqlar verilib. Müxalifətdaxili əməkdaşlıqla bağlı təkliflərin dəyərləndirilməsi və bu yöndə atılacaq addımlarla bağlı fikir mübadiləsi aparılıb. Qarabağ danışıqları da müzakirə edilən məsələlər arasında olub. Dövlət başçılarının Soçi görüşü haqda ilkin rəylər səsləndirilib. Son vaxtlar Azərbaycan siyasi rəhbərliyinin birmənalı Rusiyameylli mövqe tutması və hakimiyyətyönlü KİV-lərdə bu istiqamətdə təbliğat aparılması narahatlıqla qarşılanıb. Gürcüstanda doğulmuş Azərbaycan vətəndaşları şəxsiyyət vəsiqəsi alarkən, dəyişdirərkən və ya qeydiyyata düşərkən onlara ciddi maneələr yaradılması haqqında müzakirə aparılıb. Bu məsələnin hərtərəfli araşdırılması qərara alınıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA