Əvəz Temirxan: ?isa Qəmbər hakimiyyətə izləyir?

img

25-01-2010 [04:52]


?Çox təəssüf edirəm ki, Müsavat Partiyasının başqanı İsa Qəmbər açıq-aşkar müxalifət daxilində təxribat yolunu tutub. Yəni 37-ci ilin ruhunda açıqlamalar verir. O vaxt kimin kimdən xoşu gəlmirdisə, deyirdi ki, filankən pantürkistdir, imperializmin agentidir və s. İsa Qəmbər isə ortaya fakt qoymaq əvəzinə, siyasi tapmacalar danışır?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında Azərbaycan Liberal Partiasının sədr əvəzi Əvəz Temirxan deyib. Onun sözlərinə görə, ciddi siyasətçi oxu atıb, yayı gizlətməz: ?Əgər İsa Qəmbərin əlində hər hansı bir partiyanın, hər hansı bir siyasətçinin xarici ölkəyə işləməsi, yaxud onun xüsusi xidmətinin agenti olması barədə fakt varsa, açıb ortaya qoysun. Əgər bu fikirləri ALP-yə aid edirsə, özündə nəhayət bir dəfə cəsarət tapsın və adımızı çəksin, məhkəmədə görüşək. Hər hansı bir xarici ölkənin agenti olmaq, onun əmrlərini yerinə yetirmək Vətənə, dövlətə xəyanətdir. Belə bir ağır cinayət barədə məlumat varsa, onu gizlətməyin özü ağır cinayətdir. Kimsə doğrudan xarici dövlətə işləmirsə, ona böhtan atmaq da cinayətidir. İsa Qəmbər isə tapmaca yolu tutub. Mənə elə gəlir ki, ?Yeni Müsavat? qəzetində ALP-yə qarşı gedən informasiyaların arxasında şəxsən İsa Qəmbərin özü dayanır. Ona görə Müsavatçı dostlarıma, hansılarla ki, uzun müddət bir cərgədə mübrizə aparmışıq, mitinqlərdə döyülmüşük, onlara müraciət edirəm ki, bizdən inciməsinlər. Sadəcə olaraq, biz ünvanımıza atılan böhtanlara cavab verməyə məcburuq. Mən nə İsa Qəmbərdən, nə də başqasından qorxmuram. Bu rejimin böhtanlarına dözmüşüksə, İsa Qəmbərin də böhtanlarına dözərik. Bu gün İsa Qəmbərin ifasında davam edir 37, daha iyrənc, daha ciddi. Görünən odur ki, İsa Qəmbər liderinin nüfuzu artan və buna görə də heç cür həzm edə bilmədiyi Liberal Partiyaya adının çəkilməsini istəməyən mənbələr vasitəsilə böhtanlar atır. Bu, dözülməz haldır, lazımi cavabını da verəcəyik. Belə düşünürəm ki, iqtidara işləməyin Ən bariz nümunəsi bu şəkildə müxalifəti parçalamaqdır. İsa Qəmbərin atdığı addımlar nəticə etibarı ilə hakimiyyətə işləməkdir?. Ə.Temirxan müsavatçılara müraciət də edib: ?Müsavat Partiyasının sıralarında da, rəhbərliyində də böyük hörmət etdiyim adamlar var. Amma onların başqanı bizə böhtan aitırsa, bu stildə cavab verməyə məhkumuq. İndi müxalifət daxilində yaranmış siyasi qarşıdurmaya görə birbaşa İsa Qəmbər cavabdehdir. Ona görə də hesab edirəm ki, Müsavatçılar öz daxillərində ölçüb-biçməlidirlər ki, İsa Qəmbər bu cür məsuliyyətsiz çıxışlarına son qoysun. Yəni özləri başqanlarını təxribatlardan əl çəkdirsinlər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA