Əli Hüseynov: "Haqq sözümüzü dünyaya çatdırmaq üçün Avropa Şurasında daha çox tərəfdar qazanmalıyıq?

img

25-01-2010 [01:42]


?Bu gün Avropanın ən ali tribunasından Azərbaycanın mövqeyi çox güclü səslənir, deputatlar öz sözlərini açıq şəkildə deyir və Avropanı Azərbaycan həqiqətlərini dərk etməyə vadar edirlər. Bu cür iş birliyinin nəticəsidir ki, dünyada ictimai rəy Azərbaycanın xeyrinə durmadan dəyişir?. Bu sözləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin üzvü Əli Hüseynov deyib. Ə.Hüseynov deyib ki, Azərbaycan nümayəndə heyətinin uğurlarının əsas səbəbi müzakirələrdə müdafiə mövqeyindən çəkilərək qabaqlayıcı manevrlər etməsidir. Bu, əslində, Avropa məkanında informasiya müharibələrinin başlıca qanunauyğunluqlarından biridir. ?Hadisələrin inkişafı göstərir ki, Avropa ictimaiyyəti Azərbaycan həqiqətlərinə biganə deyil və Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün doğurduğu ağır nəticələrin aradan qaldırılmasına öz töhfəsini verə bilər. Azərbaycan Avropa Şurasının şəxsində yeni bir mübarizə cəbhəsi açmışdır, bu isə beynəlxalq arenada qüvvələr balansını öz xeyrinə dəyişdirməyin əlavə mexanizmi kimi qiymətləndirilməlidir. Məhz bu baxımdan mütəmadi və sistemli surətdə işləməklə öz haqq sözümüzü dünyaya çatdırmaq üçün Avropa Şurasında daha çox tərəfdar qazanmalıyıq? deyə Ə.Hüseynov vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA