Arif Hacılı: "92-ci ildən bu yana Etibar Məmmədov həmizə bütün razılazmaları pozub"

img

23-01-2010 [02:49]


Müsavat Partiyasının başqanı İsa Qəmbərin Məclisin iclasında müxalifətin birliyi ilə bağlı çıxışında ?2003-cü ildə bir neçə özündən deyən partiyalar bloklar yaratdılar, amma hansı nəticəyə nail oldular? deməsi isə o zaman blok yaradan qüvvələri narazı salıb. Bu fikirlərlə razılaşmayan AMİP mətbuat və infomasiya katibi Əli Orucov Müstəqil İnformasiya Agentliyinə açıqlama verən deyib ki, Müsavat həmişə vacib məqamlarda razılaşmaları pozu rvə birliyin baş tutmasına mane olur. Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə MİA-ya açıqlamasında AMİP yetkilisinin ittihamlarını əsassız sayır: ?2003-cü ildə Müsavat Partiyasının və onun başqanı İsa Qəmbərin qələbə çalması şübhə olunmayan bir faktdır. Birliyin alınmamasına və 2003-cü il seçkilərində demokratik qüvvələrin hakimiyyətə gələ bilməməsində Müsavatı suçlamaq əsassızdır. Müsavat Partiyası heç vaxt razılaşmanı pozmayıb. Əslində 92-ci ildən bu yana Etibar Məmmədov həmişə fərqli mövqe sərgiləyib və bütün razılaşmaları pozub?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA