"Həmsədrlər nə qədər gəlib getsələr də, Azərbaycanın mövqeyi dəyizməz olaraq qalacaq"

img

22-01-2010 [02:28]


?ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bölgəyə indiki səfəri Azərbaycan və Ermənistan prezidentlərin növbəti görüşünə hazırlıqla əlaqədardır. Eyni zamanda, son vaxtlar münaqişənin həlli ilə bağlı aparılan danışıqlar və bununla bağlı qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi də səfər zamanı müzakirə mövzusu olub?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu sözləri YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı həmsədrlərin bölgəyə səfərini şərh edərkən deyib. M.Qurbanlı bildirib ki, hazırki situasiya 2010-cu ildə münaqişənin həll edilməsində müəyyən irəliləyişlərin olacağına əsas verir. Bu il ərzində də danışıqların daha intensiv xarakter alacağını demək mümkündür. ?Azərbaycan tərəfi məsələ ilə bağlı öz mövqeyini ifadə edib. Prezident İlham Əliyev Nazirlər Kabinetinin son müşavirəsində xarici siyasətimizin əsas məsələsinin Dağlıq Qarabağ probleminin həlli olduğunu qeyd edib. Bildirilib ki, 2009-cu ildə bu yöndə müəyyən irəliləyişlər baş verib. Dövlət başçısı vurğulayıb ki, məsələnin həlli yolu dəqiqləşdirilib. ATƏT-ə üzv olan ölkələrin xarici işlər nazirldərinin Afina sammitində qəbul olunmuş sənəddə Ermənistan ? Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hansı yollarla həll olunması açıq-aydın şəkildə göstərilib. Bu sənəddə ölkələrin ərazi bütövlüyü çərçivəsində münaqişələrin həllinin vacib olduğu xüsusi vurğulanıb və bu mövqe Azərbaycanı qane edir. Bəllidir ki, beynəlxalq hüquqda iki başlıca prinsip var: dövlətlərin ərazi bütövlyünün qorunması və millətlərin öz müqəddaratını təyin etməsi. Aydındır ki, Qarabağda yaşayan ermənilər icma olduğu üçün yalnız mədəni müxtariyyat formasında öz müqqədaratını təyinetmədən istifadə edə bilər. Ona görə də, Afinada qəbul olunmuş sənəd əhəmiyyətlidir. Prezident İlham Əliyev məsələ ilə bağlı öz fikirlərini bir daha açıqlayaraq bəyan edib ki, Azərbaycan münaqişənin həllində BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsini və ölkənin ərazi bütövlüyünü öndə tutur? deyə M.Qurbanlı qeyd edib. Onun sözlərinə görə, ölkəmiz bu mövqedən geri çəkilməyəcək. Ona görə də, həmsədrlər bölgəyə nə qədər gəlib getsələr də Azərbaycanın bu mövqeyi dəyişməz olaraq qalacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA