AiDP sədri Müsavat bazqanı isa Qəmbəri itiham edir

img

22-01-2010 [12:34]


Müsavat başqanı İsa Qəmbərin siyasi təşkilatlarla bağlı təsnifat aparması, onları xarici qüvvəlrlə işbirliyində suçlaması qarşı tərəfin kəskin reaksiyasına səbəb olub. Bəzi partiya sədriləri onu bu açıqlamasına görə qınayıb, Müsavatın da Amerikaya işlədiyinə işarə vurublar. Bəzi siyasətçilər isə bu açıqlamanı müxalifətin seçki ərəfəsində birlik cəhdlərinə ağır zərbə kimi dyərləndiriblər. Müstəqil İnformasiya Agentliyinə açıqıama verən Azərbaycan İslam Demokrat Partiyasının sədri hacı Tahir Abbaslı İsa Qəmbərin açıqlamasını gecikmiş məsələ sayır: ?Daldan atılan daş topuğa dəyər. Hesab edirmə ki, indiki halda günahkar axtarışı, olan qalan müxalifəti də aradan aparacaq?. AİDP sədri deyir ki, İsa Qəmbər digər partiyaları ittiham etməklə bərabər öz yaxasını da kənara çəkə bilməz: ?Elin gözü tərəzidir, xalq kimin hara və kimə işlədiyini yaxşı bilir. Mənə elə gəlir ki, bəyin bu taktikası özünə və keçmiş xətalarına bəraət qazandırmaq niyyəti güdür?. T.Abbaslının sözlərinə görə, Müsavat başqanı müxalifət düşərgəsində görülən işlərə də kölgə salıb: ?Isa Qəmbərin sözündən belə çıxır ki, hədər gedib. İndiyə kimi, bu düşərgədə baş verən cərayanlar xalqın iradəsindən kənar qüvvələrin hesabına baş verib. Xalq isə yalançı liderlərin topu bir birilərinə ötürməklərinə tamaşa edirmiş?. AİDP sədri deyir ki, əslində xalqı ictimai-siyasi baxımdan müqavimətsizlik həddinə gətirənlərdən biri elə İsa Qəmbərin özü olub: ?Özünü ana müxalifət adlandırmasına rəğmən, atdığı addımları saf-çürük etməməsi, fikir və hərəkətlərin ən yaxşısinı seçməməsi, sistemli mübarizə üsulu tətbiq etməməsi, xalqla ünsiyyət qurmaması ucbatından müxalifət düşərgəsi indiki duruma düşüb. İndi isə bu səhvləri sığortalamaq üçün müxalifəti təsniftlaşdırır, onları xarici qüvvələrə işləməkdə suçlayır?. AİDP sədri hesab edir ki, İsa Qəmbərin bu açıqlaması əslində gündəmdə qalmağa xidmət edir: ?Qarşıdan parlament seçkiləri gəlir. Görünür İsa bəy artıq diqqət çəkmək üçün başqa metod tapa bilmədiyindən belə bir ucuz və ikrahdoğurucu vasitəyə əl atıb?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA