ALDP qarzıdan gələn parlament seçkilərində iztirak qərar verdi

img

19-01-2010 [01:37]


Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin rəhbərliyi ilə Rəyasət Heyətinin iclası keçirib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, iclasda 20 Yanvar hadisələrinin 20-ci ildönümü ilə bağlı anım mərsaimi keçirilib. Qərara alınıb ki, sabah ALDP rəhbərliyi şəhidlərimizi Şəhidlər Xiyabanını ziyarət etməklə anacaqlar. İclasda həmçinin 2009-cu il dekabrın 23-də keçirilən bələdiyyə seçkiləri, 2010-cu ildə keçiriləcək parlament seçkilərinə hazırlıq və təşkilatı məsələləri müzakirə olunub. Fuad Əliyev bildirib ki, ötən ildə keçirilən bələdiyyə seçkiləri heç də iqtidiran qənaətincə demokratik və şəffaf olmayıb. Partiya sədrinin sözlərinə görə, həm seçki prosesində, həm də səslərin hesablanmasında saxtakarlıqlara yol verilib ki, bu da seçki prosesinin təkmilləşdirilməsi, şəffaflığı və demokratikliyini şübhə altına aldı. Lakin bütün bunlara baxmayaraq Fuad Əliyev hər bir seçki prosesində ALDP-nin öz gücünü sınayacağını bildirdi. ALDP seçki proseslərinə qatılmaqla təcrübəsini təkmilləşdirir və artırır. Rəyasət Heyətinin iclasında belə qərara alındı ki, partiya bu il keçiriləcək növbəti parlament seçkilərində yenidən öz gücünü sınasın. Parlament seçkilərində iştirak etməyin zəruri olduğunu deyən Fuad Əliyev prosesə hazırlıqla bağlı partiya rəsmilərinə bir sıra tapşırıqlarını verdi. Rəyasət Heyətinin qərarı ilə növbəti parlament seçkilərində müxalifətin birgə iştirakını təmin etmək üçün və bu istiqamətdə müəyyən partiyalarla danışıqların aparılması səlahiyyəti partiyanın sədri Fuad Əliyevə həvalə olundu. İclasın sonunda Fuad Əliyev toplantı iştirakçılarına bildirdi ki, o, öz qərarı ilə Sədr Aparatını buraxıb və növbəti iclasda sədrin yeni müavinlərin təqdimatı olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA