DUi-yə daxil olan partiyaların 20 yanvar günü Şəhidlər Xiyabanını birlikdə ziyarət edəcək

img

18-01-2010 [04:28]


Bu gün Demokratiya Uğrunda İttifaqın (DUİ) Sədrlər Şurasının növbəti toplantısı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, toplantıda qərarların icrası, ölkədəki ictimai-siyasi durum və qarşıda duran vəzifələr müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilib. DUİ Sədrlər Şurası 20 yanvar hadisələrinin 20-ci ildönümünü bir daha müzakirə edərək hakimiyyətə 20 yanvar şəhidlərinin şəhid olduqları ərazilərdə adlarının əbədiləşdirilməsini təklif edir. DUİ -yə daxil olan partiyaların 20 yanvar günü saat 12-də Şəhidlər Xiyabanını birlikdə ziyarət edəcəkdir. Toplantıda DUİ -yə daxil olan 5 partiyanın ? Klassik Xalq Cəbhəsi , Böyük Azərbaycan, Azadlıq, Xalq Azadlıq və Milli Qurtuluş partiyalarının rəhbərləri iştirak edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA