Mübariz Mənsimova AFFA prezidentliyi təklif olunub

img

18-01-2010 [03:23]


?Xəzər-Lənkəran? klubunun prezidenti Mübariz Mənsimov AFFA prezidentliyinə təklif alıb. Lent.az-ın məlumatına görə, bu haqda ?Kanaltürk?də yayımlanan ?Telegol? programına qatılan ?Beşiktaş? klubunun prezidenti Yıldırım Dəmirörən açıqlama verib. Dəmirörən yanvarın sonlarında keçiriləcək klub prezidenti seçkisinə yenidən namizədliyini irəli sürəcəyini söyləyib. O, idarə heyəti siyahısına Mənsimovu da daxil etmək istədiyini, lakin azərbaycanlı iş adamının AFFA prezidentliyi üçün təklif aldığını vurğulayıb: ?Mübariz Mənsimov mənim ailəvi dostumdur, özü çox yaxşı ?Beşiktaş?lıdır. Klub nümayəndəsidir və Türkiyə vətəndaşıdır. Mən Mənsimovun siyahımda yer alması üçün çalışırdım. Lakin o, öz ölkəsində futbol federasiyası prezidentliyinə təklif alıb. Ona görə də Mənsimov ?Beşiktaş?ın idarə heyətinə girmir. Əvəzində rəhbərlik etdiyi ?Palmali? şirkətlər qrupundakı məsləhətçisi Ələddin Aykaçı təklif edib. Aykaçın ?Beşiktaş?a böyük xeyri dəyəcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA