?Neftçi?də prezident dəyizikliyi reallazır; Əkbər Hacıyevi Sadıq Sadıqov əvəzləyəcək

img

22-12-2009 [01:18]


?Neftçi? futbol klubunda tezliklə prezident dəyişikliyi baş verəcək. Bu haqda Lent.az-a mötəbər mənbələrdən məlumat verilib. Mənbənin bildirdiyinə görə, bu dəyişiklik ya bu gün, ya da sabah baş tutacaq. Hazırkı klub prezidenti Əkbər Hacıyev istefa verəcək, onu ?Neftçi? İdman-Sağlamlıq Mərkəzinin (İSM) sədri Sadıq Sadıqov əvəzləyəcək. Dəyişikliyə Hacıyevin işlərinin çoxluğu və onun rəhbərliyi altında ?Neftçi?nin zəif çıxışı səbəb olub. Qeyd edək ki, mümkün dəyişiklik barədə ilk xəbəri ?apasport.az? saytı yayıb. Lent.az isə bu dəyişikliklə bağlı daha bir məlumat əldə edib. ?Neftçi? Peşəkar Futbol Klubu bundan sonra ?Neftçi? İSM-in tərkibində fəaliyyət göstərəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA