Azərbaycanın komitə sədri Moskva Patriarxlığı rəsmisini məsuliyyətsizlikdə suçladı

img

15-01-2010 [01:31]


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Moskva patriarxlığının xarici əlaqələr şöbəsinin müdirinin müavininin bu patriarxlığın Ermənistanda iki, Dağlıq Qarabağda bir kilsəsinin olması haqda verdiyi açıqlamaya münasibət bildirib. Komitə sədri jurnalistlərə açıqlamasında Moskva Patriarxlığının xarici kilsələrlə əlaqələr şöbəsinin müdir müavininin fikirlərindən təəssüfləndiyini bildirib və bunun qeyri-dəqiq işlədilmiş ifadə olduğunu vurğulayıb. H.Orucov məsələ ilə bağlı Bakı və Xəzər yeparxiyasının sədri II Aleksi ilə danışıb və bu açıqlamaya ciddi etirazını bildirib: "Bu, məsuliyyətsiz açıqlamadır. Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Nəyə görə belə bir səhvə yol verilib? Niyə Dağlıq Qarabağdakı kilsə ilə İrəvandakı, Gümrüdəki kilsə eyniləşdirilir? Niyə o zaman onlar Azərbaycandakı - Bakıda, Gəncədə, Xaçmazda olan kilsələrin adını çəkmirlər? Belə açıqlama vermək olmaz. Mən bu açıqlaması verəni şəxsən tanımıram. O, çox qeyri-dəqiq, düşünülməmiş, hərənin bir cürə yoza biləcəyi ifadə işlədib?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA