Azər Sarıyev: "Yeni bələdiyyə üzvü seçilmiz zəxslər izə bazlaya bilərlər"

img

15-01-2010 [12:55]


Yeni bələdiyyə üzvü seçilmiş şəxslər artıq səlahiyyətlərinin icrasına başlaya bilər. Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətinin rəhbəri Azər Sarıyevin Müstəqil İnformasiya Agentliyinə açıqlamasında bildirib ki, Seçki Məcəlləsinin 211-ci maddəsinə əsasən MSK seçkilərin nəticələrini elan etdikdən və nəticələr dərc olunduqdan sonra yeni seçilmiş şəxslər səlahiyyətli bələdiyyə üzvləri sayılır. Yeni seçilmiş bələdiyyə üzvlərinin ilk toplantısı keçirilən gün köhnə tərkibin səlahiyyəti bitir. Bələdiyyə sədrlərinin seçilməsinə gəldikdə, MSK sözçüsü qeyd edib ki, bu, bələdiyyələrin iclasında müəyyənləşir. Onun sözlərinə görə, bu zaman hansı üzvün nə qədər səs aldığı deyil, bələdiyyə sədrliyinə namizədlərdən hansının daha çox səs alması əsas götürülür.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA