?isa Qəmbər-Mirmahmud Mirəlioğlu- Əli Kərimli birliyi alınmayacaq?

img

15-01-2010 [12:18]


?Demokratiya Uğurunda İttifaqının Müsavat və AXCP ilə əməkdaşlığa cəhd etməsi və bu məqsədlə Mirmahmud Mirəlioğlunun İsa Qəmbər və Əli Kərimli ilə görüşmək istəməsi ilk baxışdan yaxşı haldır. Amma nəticə ilə bağlı bu fikiri deyə bilmərəm?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri hacı Tahir Abbaslı deyib. Onun arqumentinə görə, yaxın tarixdə, xüsusilə də seçkilər ərəfəsində müxalifət liderlərinin belə cəhdlərii, görüşləri çox olub: ?Amma nəticəsi olmayıb. Cəhd göstəriblər, görüşüblər, birlik yaradıblar, ən həssas məqamda isə ittihamlara keçiblər və beləcə də uğur qazana bilməyiblər. Bu dəfə də belə olacaq?. ?Növbəti dəfə də cəhdlərin alınmayacağını nə ilə əsaslandırırsınız? sualının cavabında T.Abbaslı bunları deyib: ?İlk növbədə qeyd etdiyim kimi, yaxın tarix buna sübutdur. Digər tərəfdən müşahdilərimə əsasən belə bir qənaətə gəlmişəm. Məsələ burasındadır ki, ötən müddət ərzində adıçəkilən siyasətçilər birlik, seçkilərdə birgə mübarizə aparmaqla bağlı, düşüncələrini dəyişməyiblər. Hər hansı bir məsələdə birgəlik nümayiş etdirməyiblər. Hesab edirəm ki, illərlə ayrı siyasət yürüdüb seçkiyə 7-8 ay qalmış əməkdaşlıq cəhdi səmimi addım sayıla bilməz. Ən əsası isə odur ki, bu birliyi, əməkdaşlığı xalq dəstəkləsin. Gəlin görək kim belə bir birliyi dəstəkləyir? Kim sorğu keçirib öyrənib ki, Mirmahmud Mirəlioğlu, İsa Qəmbər və Əli Kərimli bir yerdə olsa hər şey yaxşı olacaq, müxalifət seçkidə uğur qazanacaq? Bu şəxslər çoxdan xalqla təması kəsiblər. Vətəndaşlarla ünsiyyətdən qaçırlar. Mən bu fikri həmişə demişəm. Papağımızı qabağımıza qoyub fikirləşək görək belə olan halda hansı birlikdən, əməkdaşlıqdan danışmaq olar?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA