Deputatlarımız ABŞ-a səfər edəcəklər

img

14-01-2010 [03:22]


Milli Məclisin deputatları ? Zahid Oruc, Qənirə Paşayeva, Gülər Əhmədova və İqbal Ağazadə Amerikaya səfərə gedirlər. Bu barədə Müstəqil İnformasiya Agentliyinə məlumat verən millət vəkili Zahid Oruc bildirib ki, ABŞ səfəri açıq dünya proqramı çərçivəsində həyata keçirilir. Onun sözlərinə görə, bu 1999-cu ildən başlayaraq ABŞ Konqresi tərəfindən müəyyənləşən və layihələndirilən tədbirlərdir: ?Nəzərinizə çatdırı ki, adıçəkilən tədbir dünyanın müxtəlif ölkələrinin parlamentarilərinin iştirakı ilə keçiriləcək. Yanvarın 20-dən 31-nə qədər olan bu tədbirdə millət vəkillərindən mən, Qənirə Paşayeva, Gülər Əhmədova, İqbal Ağazadə, o cümlədən parlamentin iki əməkdaşı iştirak edəcək. Biz orada Kanada və Vaşinqton ştatında müxtəlif görüşlərdə olacağıq. Görüşlərimiz müxtəlif sahələri əhatə edir. Yəni burada həm sosial xarakterli, eyni zamanda ölkəmizin ABŞ-la münasibətləri, regionda formalaşan situasiyalar, terrorizmlə bağlı aparılan mübarizədə Azərbaycanın addımları haqqında geniş söhbətlərimiz olacaq. Bundan əlavə, Dağlıq Qarabağla bağlı müzakirələr də olacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA