?Bəzi qüvvələr çalızır ki, seçkiləri hansısa rəngə boyasınlar, amma bu, alınan iz deyil?

img

13-01-2010 [05:09]


Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin missiyası ötən ilin dekabrında Azərbaycanda keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı rəyinə münasibət bildirib və məsələnin AŞ PA-nın qış sessiyasında konqresdə müzakirə edilə biləcəyini deyib. ?Bələdiyyə seçkiləri ilə bağlı bir bənd hazırlanacaq və Azərbaycanla əlaqədar olan məruzəyə daxil ediləcək. Çünki seçkilərin demokratik keçirilməsi Azərbaycanın öhdəliklərindən biridir. Azərbaycanda normal, obyektiv, dünyada qəbul olunmuş standartlara uyğun seçki keçirilib? deyən S.Seyidov onu da bildirib ki, müəyyən nöqsanlar olub və bununla əlaqədar Mərkəzi Seçki Komissiyası müvafiq qərarlar qəbul edib. Onun sözlərinə görə, bəzzi qüvvələr çalışır ki, seçkiləri hansısa rəngə boyasınlar: ?Amma bu, alınan iş deyil. Çünki Azərbaycan seçicisi öz hüquqlarını yaxşı bilir. Bələdiyyə seçkiləri AŞ PA-da müzakirə olunmayacaq, məsələ konqresdə müzakirəyə çıxarıla bilər. 2010-cu ildə isə ölkəmizdə parlament seçkiləri keçiriləcək. Hesab edirəm ki, Azərbaycan bu sınaqdan da uğurla çıxacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA