MSK bələdiyyə seçkilərində qalib gəlmiz namizədlərlə bağlı statistik məlumatları açıqlayıb

img

12-01-2010 [01:40]


Mərkəzi Seçki Komissiyası (MSK) dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində qalib gəlmiş namizədlərin partiya mənsubiyyəti və digər kriteriyalar üzrə statistik məlumatları açıqlayıb. MSK-nın mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə daxil olan məlumata görə, səsvermə nəticəsində 115591 bələdiyyə üzvü seçilib. Onların 4809-u fərdi qaydada, 77-si təşəbbüs qrupları, 10 705 nəfəri isə siyasi partiyalar tərəfindən namizədliyi irəli sürülənlən namizədlərdir. Statistik məlumatlara görə, Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlərdən 10290-ı, Böyük Quruluş Partiyasının namizədlərindən 132-si, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədlərindən 81-i, Ana Vətən Partiyasının namizədlərindən 62-si, Vətəndaş Həmrəyliyi Partiyasının namizədlərindən 61-i, Ümid Partiyasının namizədlərindən 41-i, Azərbaycan Demokratik İslahatlar Partiyasının namizədlərindən 15-i, Vətəndaş Birliyi Partiyasının namizədlərindən 14-ü, Azərbaycan Sosial Rifah Partiyasının namizədlərindən 5-i, Müsavat Partiyasının namizədlərindən isə 4-ü seçkilərdə qalib gəlib. Partiya mənsubiyyətinə görə isə səsvermə nəticəsində YAP-ın 10 431, AVP-nin 214, BQP-nin 142, ASRP-nin 133, VHP-nin 115, BAXCP-nin 95, Ümid Partiyasının 43, Kommunist Partiyasının 25, DİP-in 18, AMİP-in 15, VBP-nin 14, Ədalət Partiyasının 13, MMP-nin 5, Müsavat Partiyasının 3, Demokratik Azərbaycan Dünyası Partiyasının 3, KXCP-nin 3, ADP-nin 2, Milli Vəhdət Partiyasının 2, AXCP-nin isə 1 üzvü bələdiyyə üzvü seçilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA