MQP Müsavat-AXCP-KXCP birliyi təklifinin DUi-nin parçalanmasına hesablandığını bəyan etdi

img

11-01-2010 [05:53]


[b]Partiya rəhbərliyi blogerlərin azadlıq tələbi ilə aclıq aksiyası keçirmək barədə müzakirə aparıb[/b] Bu gün MQP Siyasi Şurasının növbəti toplantısı keçirilib. Toplantıda ölkədəki siyasi durum, 2010-cu il üçün partiyanın fəaliyyət istiqamətləri, media nümayəndələrinə, azad fikirliliyə qarşı təzyiqlər və digər məsələlərlə bağlı müzakirələr aparılıb. Müzakirə olunan məsələlər barədə məlumat verən MQP SŞ üzvü Yusif Əli partiya rəhbərliyinin ölkədəki siyasi durumu kəskin böhranlı hesab etdiyini, Eynulla Fətullayeva qarşı yeni qondarma ittihamların irəli sürülməsinə və gənc blogerlərin əsassız olaraq həbsdə saxlanmasına etirazlarını bildirdiklərini söyləyib. Partiya funksionerinin sözlərinə görə, müxalifətin birliyi ətrafında aparılan müzakirələrdə Müsavat-AXCP-KXCP ittifaqı barədə ortaya atılan ideyaya münasibət bildirilib və bu təklifin Demokratiya Uğrunda İttifaqın parçalanmasına hesablandığını bəyan edilib. MQP SŞ müxalifətin geniş birliyinin tərəfdarı olduğunu vurğulamaqla yanaşı, dar çərçivəli birliklər formalaşarsa, alternativ müxalifət mərkəzlərinin yaradılacağını və bu istiqamətdə aktiv fəaliyyət göstərən siyasi qurumlardan biri olacağını qeyd edib. Yusif Əli toplantının sonunda partiya rəhbərliyinin 2010-cu il üçün fəaliyyət istiqamətləri haqqında hazırlanmış sənədi əsasən qəbul etdiyini və gənc blogerlərin azadlığa buraxılması tələbi ilə aclıq aksiyasının keşirilməsi ətrafında fikir mübadiləsi apardığını bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA