Aydınlar Partiyası parlament seçkilərinə hazırlığa start verib

img

11-01-2010 [02:45]


Aydınlar Partiyası Siyasi Şuranın iclasını keçirərək, qarşıdan gələn parlament seçkilərinə hazırlıq məsələsini müzakirə edib. Bu barədə məlumat Müstəqil İnformasiya Agentliyinə partiyanın mətbuat xidmətindən daxil olub. Verilən məlumata görə, qərara alınıb ki, Mərkəzi Aparatdan rayon təşkilatlarına yerlərdə namizədlərin müəyyənləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilsin. Rayon təşkilatları olmayan yerlərlə bağlı isə Sədr Aparatına tapşırıq verilib ki, həmin rayonlarda namizədlərin müəyyənləşdirilməsi proseduru həyata keçirilsin. Ümumilikdə partiya çalışacaq ki, maksimum dairəni əhatə etsin. Əsas hədəf isə dairələrin yarısından namizəd irəli sürməkdir. Məlumatda o da qeyd olunur ki, Aydınlar Partiyası bu seçkilərdə təkbaşına iştirak etmək niyyətindədir. Amma partiya seçki ərəfəsində digər qüvvələrlə əməkdaşlığa da açıqdır. Belə ki, əgər təklif gələrsə, məsələ müzakirə olunub qərar veriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA