ümid Partiyasının seçki komissiyasındakı üzvləri hakimiyyətin tərəfinə keçərək partiyalarının zikayətini əsassız sayıblar

img

11-01-2010 [03:06]


Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında məlum olub ki, seçki məntəqələrində Ümid Partiyasını təmsil edən komissiya üzvləri hakimiyyətin tərəfinə keçib. Belə ki, iclasda Ümid Partiyasından daxil olmuş bir neçə seçki məntəqəsi üzrə şikayətə baxılıb. Şikayətləri araşdıran MSK üzvü Ramiz İbrahimov Ümid Partiyasını iddialrının əsasız olduğunu bildirib. O bunu konkret faktlarla əsaslandıraraq qeyd edib ki, araşdırma zamanı seçki məntəqələrində Ümid Partiyasını təmsil edən komissiya üzvlərindən izahat alınıb. Ümid Partiyasını təmsil edən komissiya üzvləri bildiriblər ki, həmin seçki məntəqələrində seçkilər tam olaraq azad keçirilib və heç bir qanun pozuntusu baş verməyib: ?İzahat verən komissiya uzvləri həmin seçki məntəqələrində Ümid Partiyasının müşahidəçilərinin olmadığını da bildiriblər". Xatırladaq ki, bu günə kimi Müsavat Partiyasının funksionerləri Ümid Partiyasının seçki komissiyasındakı üzvlərinin hakimiyyətə işlədiyini bildirirdi. Ümid Partiyası isə bu faktı təkzib edirdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA