MSK Naftalan zəhər bələdiyyəsi də daxil olmaqla bir neçə bələdiyyələr üzrə səsvermənin nəticələrini ləğv edib

img

11-01-2010 [02:53]


Mərkəzi Seçki Komissiyasının yanvarın 10-da keçirilən iclasında 80 saylı İmişli-Beyləqan seçki dairəsi üzrə Sarxanlı bələdiyyəsinə, 71 Masallı kənd seçki dairəsi üzrə Boradigah və Ərkivan bələdiyyələrinə, 96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə Naftalan şəhər bələdiyyəsinə, 79 saylı İmişli seçki dairəsi üzrə Mərzəli bələdiyyəsinə, 64 saylı Sabirabad seçki dairəsi üzrə Şəhriyar bələdiyyəsinə keçirilən seçkilərin nəticələri etibarsız sayılıb. Eyni zamanda 70 saylı Masallı şəhər seçki dairəsinin 3 saylı seçki məntəqəsində səslərin yenidən sayılması və 79 saylı İmişli seçki dairəsi üzrə 7 seçki məntəqəsinin tərkibinin buraxılması barədə qərar qəbul edilib. MSK-nın iclasında 50 saylı Qobustan-Xızı-Quba Dairə Seçki Komissiyasının sədrinin vəzifəsinə uyğun fəaliyyət göstərmədiyi bildirilib və DSK sədri vəzifədən azad edilib. 70 saylı Masallı şəhər DSK-nın heyətinin tam şəkildə buraxılması barədə qərar qəbul edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA