Mərkəzi Seçki Komissiyası daxil olan zikayətlərə baxıb

img

09-01-2010 [07:45]


Yanvarın 9-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. Müstəqil İnformasiya Agentliyinin məlumatına görə, iclasda 2009-cu il dekabrın 23-də keçirilimiş bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb. Müraciətlərdən yeddisi əsassız olduğundan təmin edilməyib, üç müraciətin qanunvericiliklə müəyyən olunmuş şikayətvermə müddəti ötürüldüyündən ərizəçilərə geri göndərilməsi barədə qərar çıxarılıb. Bundan əlavə, iclasda iclasda cari məsələlərə də baxılıb. Qeyd edək ki, iclasda Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA