Nardaran, Zabrat və Maztağada seçkinin yenidən keçirilməsi tələb olundu

img

08-01-2010 [01:43]


Bu gün Bakı və Bakıətrafı kəndlərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Rasim Əlizadə 23 dekabr 2009-cu il tarixdə keçirilmiş bələdiyyə seçkilərinin nəticələri ilə bağlı mətbuat konfransı keçirib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, komitə sədri bildirib ki, bələdiyyə seçkiləri zamanı ən çox qanun pozuntusu namizədlərin qeydə alınmasında olub. Onun sözlərinə görə, beynəlxalq ictimaiyyətin gözündən pərdə asmaq üçün YAP və hakimiyyətyönlü partiyalardan namizədliyi irəli sürülən şəxslər qeydə alınıb: ?Nardaran, Zabrat və Maştağada seçki saxtakarlığı ifrat dərəcədə olub. Nəzərinizə çatdırım ki, bələdiyyə sədri və üzvləri toplanmış pulun 10 faizini mənimsədiyi halda, qalan 90 faizi isə yerli icra strukturları tərəfindən mənimsənilir. Baş vermiş nöqsanları və qanun pozuntularını ölkə başçısına çatdıra bilmirik. Onu da qeyd edim ki, artıq bu seçkidən sonra Maştağa bələdiyyə sədrinin postu 300 min manat civarında qiymətləndirilir. Əhalinin 80 faizi seçkilərin əleyhinə olub. Biz komitə olaraq, 23 dekabr 2009-cu ildə keçirilmiş bələdiyyə seçkilərinin nəticələrini tanımırıq və seçkinin yenidən, demokratik şəkildə keçirilməsini tələb edirik?. Komitə sədrinin müavini Ələkbər Məmmədov isə baş vermiş nöqsanlarla bağlı artıq hesabatın hazırlandığını nəzərə çatdırıb. Onun sözlərinə görə, bu hesabat ölkə başçısına, MSK-ya və xüsusən beynəlxalq təşkilatlara ünvanlanacaq. Bakı və Bakıətrafı kəndlərin seçki məsələlri üzrə sədr müavini Tahir Poladov isə bildirib ki, indiyə qədər Maştağa bələdiyyə sədrinin heç bir seçici ilə görüş keçirilməyib: ?Seçkilərin qeyri-şəffaf keçirilməsi hamıya aydındır. Qeyd edim ki, M.S. Ordubadi adına kitabxanasında qurulan məntəqəyə ümumiyyətlə gedən olmayıb. Bundan əlavə, mənim də namizədliyim qeyd alınmayıb. Bununla bağlı məhkəməyə müraciət etmişəm. Artıq 18 gündür ki, qərardatımı ala bilməmişəm. Bu da onu göstərir ki, məhkəmələrimiz yuxarıdan idarə olunur?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA