AMDP sədri ?El içində? tok-zousundan ATV prezidentinə sikayət etdi

img

08-01-2010 [12:48]


Azərbaycan Milli Demokrat Partiyasının (AMDP) sədri Tufan Kərim Azad Azərbaycan Telekanalının (ATV) prezidenti Tağı İbrahimova müraciət edib. Partiyanın mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə daxil olan məlumata görə, müraciətdə 2009-cu il dekabrın 28-də bu telekanalda efirə çıxan ?El içində? tok-şousunun növbəti buraxılışına narazılıq bildirilir. Müraciətdə qeyd olunur ki, verilişdə qoyulan mövzuya, yəni türkçülük ideyasına aidiyyəti olmayan şəxslərin bu verilişə dəvət edilməsi ni təəccüblə qarşılanıb. Tufan Kərim hesab edir ki, bu verilişdə Azərbaycan cəmiyyətində milli əxlaqımıza zidd olan "Qeyri-ənənəvi cinsi əlaqə", "Ət və ət məhsulları", "18,6 sm" (Seymur Baycan), "Artuş və Zaur" (Əli Əkbər) kimi yazılarla ikrah hissi qazanmış birilərinin yüksək dəyərlər barədə fikir söyləməsi təəssüf hissi doğurmaya bilməz: ?Milli Bayrağımızdakı rəmzlərdə əksini tapmış Azərbaycan dövlətçiliyinin təməl prinsiplərinin sizin başçılıq etdiyiniz telekanalda lağa qoyulması heç bir məntiqə sığmır. Erməni türkofob ideoloqlarının baxışları ilə səsləşən bu fikirlərin milli efirimizdən cavabsız olaraq yayımlanmasına, millətimizin klassik milli ideoloqları tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən ?Türk inteqrasiyası? kimi həyatı əhəmiyyətli projenin gerçəkləşdiyi bir vaxtda və yanvarın 15-də Türk dövlətlərinin Parlament Assambleyasının ilk iclası ərəfəsində bu cür verilişin yayımlanmasına öz etirazımızı bildiririk?. Azərbaycan Milli Demokrat Partiyası Tağı İbrahimovdan xahiş edir ki, gələcəkdə türkçülüklə bağlı diskussiyalarda bu partiyanın təmsilçilərinin də iştirakı nəzərdə tutulsun.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA