Ədalət Partiyası ilə BAXCP parlament seçkiləri ərəfəsində bir blokda birləzə bilərlər

img

07-01-2010 [04:13]


Müxalifət düşərgəsində yeni blok yaranır. Bu barədə Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli deyib ki, BAXCP sədri Qüdrət Həsənquliyev bu il keçiriləcək parlament seçkilərində blok şəklində iştirak etməyin mümkünlüyünə işarə edib. Mütəllim Rəhimlinin sözlərinə görə, parlament seçkilərində siyasi partiyaların blok şəklində iştirakı mümkündür. Onun sözlərinə görə, Ədalət Partiyasında hələlik parlament seçkilərində iştirakın forması barədə müzakirələr aparılmayıb: ?Əgər partiya daxilində seçkilərə blok şəklində getmək qərarı qəbul olunsa, BAXCP ilə bloklaşma şübhəsiz ki, prioritet olacaq. Belə qərarın qəbul olunmasına BAXCP sədrinin Ədalət Partiyasının mənəvi dəyərlərinə ? sözü bütövlülük, şəxsi maraqları ümumi maraqlara qurban vermək, çətin anlarda dəstək olmaq bacarığı, yaxşılığı unutmamaq və s. uyğun gəlməsi imkan verir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA