Müxalifətdən Rəsul Quliyevin fikirlərinə cavab gəldi

img

07-01-2010 [02:49]


Eks-spiker Rəsul Quliyevin Müsavat-AXCP birliyi ilə bağlı fikirləri müxalifət düşərgəsində birmənalı qarşılanmayıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Rəsul Quliyevin AXCP-Müsavat birliyi ilə bağlı dediklərini məmulatsızlıqdan doğan fikirlər kimi dəyərdəndirib: ?Əvvəla Müsavatla AXCP birliyi ilə bağlı hansısa danışıqlar aparılmır. Əgər belə danışıqlar aparılmırsa, razılaşma müqavilələri mövcud deyilsə, təbii ki, olmayan birləşmənin məqsədləri barədə də məlumat ola bilməz. Ona görə hesab edirəm ki, Rəsul müəllim çox az məlumatlarla çox uzğa gedən nəticələr çıxarıb. Mən bunu onun Azərbaycandakı vəziyyətlə bağlı məlumatının kasad olması ilə əlaqələndirirəm?. Mandan məsələsinə gəlincə, Arif bəy qeyd edib ki, 2005-ci il parlament seçkilərində Müsavatın 30-dan artıq namizədi qalib gəlmişdi, amma onlaran 4-nün qələbəsi tanındı: ?Bütün bunların hamını Rəsul Quliyev yaxşı bilir. Hesab edirəm ki, bunu Müsavata nöqsan tutmaq ədalətsizlikdir. Bir də ki, kənarda da olsa, Adam gərək hər şeyə obyektiv qiymət versin. Onsuz da ölkədəki vəziyyət hamıya gün kimi aydındır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA