MSK-a Nəsimi Məmmədlinin zikayətini baxılması üçün dairə seçki komissiyalarına göndərib

img

03-01-2010 [02:48]


Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası 2009-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Hüseynov Məhəmmədəli Xanlar oğlunun 26 dekabr 2009-cu il tarixli 156 saylı, Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndəsi Məmmədli Nəsimi Əhməd oğlunun və digərlərinin29 dekabr 2009-cu il tarixli 226 saylı, vətəndaş Əliyev Cəbi Vəli oğlunun 30 dekabr 2009-cu il tarixli 307 saylı müraciətlərinə baxılıb və aşağıdkı qərarı çıxarıb: 2009-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndəsi Məmmədli Nəsimi Əhməd oğlu və digərləri, 71 saylı Masallı kənd seçki dairəsindən vətəndaş Əliyev Cəbi Vəli oğlu və 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsi üzrə Səfikürd bələdiyyəsinin üzvlüyünə namizəd Hüseynov Məhəmmədəli Xanlar oğlu Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, bəzi seçki dairələrinin seçki məntəqələrində səsvermə günü qanun pozuntularına yol verildiyini bildirərək qanunla müəyyən olunmuş qaydada araşdırmaların aparılmasını xahiş etmişlər. Müraciətlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112.1-ci maddələrinə və ?Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimatın tələblərinə uyğun olaraq, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvləri tərəfindən nəzərdən keçirilərək bu barədə müvafiq rəylər verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır. 156 və 307 saylı müraciətlərdə göstərilən halların hamısının, 226 saylı müraciətdə isə, göstərilən halların seçki məntəqəsində baş verməsi ehtimal edilən pozuntulara nisbətdə, dairə seçki komissiyaları tərəfindən araşdırılmalı olduğunu nəzərə alaraq, şikayətlər aidiyyəti üzrə araşdırılması və tədbir görülməsi üçün müvafiq seçki dairələrinin dairə seçki komissiyalarına göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 31.1.1 və 31.1.2-ci maddələrinə əsasən seçki dairəsinin ərazisində Azərbaycan Respublikası vətəndaşlarının seçki hüquqlarına riayət olunmasına nəzarəti, Seçki Məcəlləsinin qaydalarının pozulması ilə bağlı şikayətlərə baxıb öz səlahiyyətləri daxilində qərarların qəbul edilməsini dairə seçki komissiyaları həyata keçirir. Azərbaycan Respublikası Seçki Məcəlləsinə və yuxarıda göstərilən Təlimatın 8.6-cı bəndinə uyğun olaraq şikayət və ya müraciət aidiyyət qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aidiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir. Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112.1-ci maddələrinə və ?Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat?ın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən q ə r a r a a l ı r : 1. Vətəndaş Əliyev Cəbi Vəli oğlunun müraciəti 71 saylı Masallı kənd seçki dairəsinin dairə seçki komissiyasına, vətəndaş Hüseynov Məhəmmədəli Xanlar oğlunun müraciəti 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsinin dairə seçki komissiyasına, səlahiyyətli nümayəndə Məmmədli Nəsimi Əhməd oğlu və digərlərinin müraciəti isə aidiyyatı üzrə baxılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilsin. 2. Qərarın icrası barədə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına məlumat verilsin.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA