Tamerlan Qarayev ?Global diplomacy management award? fəxri diplomuna layiq görülüb

img

31-12-2009 [03:50]


Dekabrın 30-da Nyu-Dehlidə ?World Management Congress?-i keçirilib. Tədbirdə diplomatiya sahəsində xüsusi fəaliyyətinə görə, Azərbaycanın Hindistandakı səfiri Tamerlan Qarayev BMT-nin, ECOSOC-nun, UNDPİ-nin, UNCED-in, YUNESKO-nun, YUNİSEF-in nəzdindəki Dünyada Sülhün Bərqərarı naminə Maarifləndirmə işləri ilə məşğul olanların Beynəlxalq Assosiasiyasının, Hindistan Universitetlərinin Konfederasiyasının və Naqalandın Açıq Universitetinin birgə təsis etdiyi ?Global Diplomacy Management Award? Fəxri diplomu ilə təltif olunub. Təltifə görə təşəkkürünü bildirən səfir T.Qarayev Azərbaycan Respublikasının 90 illik diplomatiya tarixi və nailiyyətləri barədə konqres iştirakçılarına məlumat verib. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində görülən işlər diplomatın nitqində xüsusi vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA