Milli Məclisin payız sessiyası baza çatdı

img

29-12-2009 [02:11]


Dekabrın 29-da Milli Məclisin payız sessiyasının son iclası keçirilib. Modern.az xəbər verir ki, iclasda dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri və onun nəticələrilə bağlı məsələ müzakirə olunub. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, sonra parlament 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı dünyada yaşayan soydaşlarımıza müraciət qəbul edib. Müraciətdə dünya azərbaycanlıları sıx birliyə çağırılıb. İclasın sonunda spiker Oqtay Əsədov parlamentin payız sessiyasının məhsuldar işlədiyini vurğulayıb. Spiker deputatları Yeni il münasibətilə təbrik edib. Bununla da Milli Məclisin payız sessiyası yekunlaşıb. Millət vəkilləri yaz sessiyasınadək istirahədə olacaqlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA