Pənah Hüseynin Milli Məclisdə çıxız etmək qadağası götürüldü

img

29-12-2009 [01:13]


Milli Məclisin ötən iclasında danışmaq hüququ məhdudlaşdırılan millət vəkili Pənah Hüseynə qarşı qoyulan qadağa götürülüb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, deputata çıxış etmək üçün söz verilib. Söz alan P.Hüseyn bələdiyyə seçkilərinə münasibət bildirib. O, seçkilərin demokratik keçirilmədiyini və bu səbəbdən seçkilərin yenidən keçirilməsinin gündəmə gəlməli olduğunu vurğulayıb. Xatırladaq ki, MM-in ötən iclasında spiker Oqtay Əsədov çıxış etmək istəyən Pənah Hüseynə söz verməmiş, onun parlamentin daxili nizamnaməsini pozduğu üçün çıxış etmək hüququndan məhrum edildiyini bildirmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA