AMiP-çi siyasi məhbus Musa Rahim azadlığa buraxılıb

img

28-12-2009 [02:53]


Məlum olduğu kimi, 25 dekabr 2009-cu ildə prezident İlham Əliyevin sərəncamı ilə bir qrup məhkum azadlığa buraxılıb. Azərbaycan Milli İstiqlal Partiyasının mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə daxil olan məlumata görə, həmin sərəncamla əfv olunanlardan biri də siyasi məhbus, AMİP İmişli RT fəalı Musa Rahimdir. Xatırladaq ki, Musa Rahim evinin damını sökərək hökumət əleyhinə şüarlar yazdığına, eləcə də aclıq aksiyası keçirməsinə görə Rayon Polis İdarəsi təfərindən şərlənərək, 23 avqust 2007-ci ildə barəsində Cinayət Məcəlləsinin 221.2.2 (dövlət qulluqçusuna qarşı xuliqanlıq) və 315-ci maddələri (ictimai qaydanı kobud surətdə pozmaq) ilə cinayət işi qaldırılmışdır. İmişli Rayon Məhkəməsinin hakimi Süleyman Ağayevin 1 noyabr 2007-ci il tarxli hökmü ilə AMİP fəalı 5 il müddətində azadlıqdan məhrum edilib. O, 2 il yarım cəzasını Bakıdakı 10 saylı cəzaçəkmə müəssisəsində çəkib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA